14 Mart 2024 / 12:00

KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRİN MƏSKUNLAŞDIĞI YATAQXANADA YANĞIN OLUB

Bakıda yataqxanada yanğın hadisəsi baş verib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, Binəqədi rayonunda keçmiş məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan iki otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb, digər otağın tavanı və divarları 12 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!