Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Konqresin Kiyevə hərbi yardım göstərilməsi məsələsində fəaliyyət göstərməməsi səbəbindən Ukrayna hərbçiləri döyüş meydanında mövqelərini itirir.
Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer Vaşinqtondan Nevada, Arizona və Texas ştatlarına səfərə yola düşən ABŞ prezidenti Co Baydenin təyyarəsində jurnalistlərə deyib.
“Biz görürük ki, Ukrayna son bir neçə ayda Konqresin fəaliyyətsizliyi ucbatından faktiki olaraq döyüş meydanında mövqelərini itirir. Bu da bizim fəaliyyətsizliyimizlə bağlıdır. Onlar öz demokratiyaları üçün mübarizə aparırlar və bunun nə demək olduğunu bilirik”, – deyib. – “Və buna görə də bu problemi həll etməyin ən yaxşı yolu Ukraynaya ehtiyacı olanı təmin etmək və buna nail olmaqdır (Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı qanun layihəsinin qəbul edilməsi – qeyd).”
E.ŞİRİNOV