Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna hökuməti nikahların onlayn qeydiyyatı ilə bağlı qərar qəbul edib.
TASS bu barədə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinə istinadən xəbər verir.
Evlənmək üçün bəy və gəlin “Diya” onlayn xidməti vasitəsilə ərizə təqdim etməlidirlər. Bundan sonra qeydiyyat şöbəsinin əməkdaşı nikah mərasimini videobağlantı vasitəsilə aparacaq, yeni evlənənlər isə elektron imza ilə nikah şəhadətnaməsini imzalayacaqlar.
Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Mixail Fedorov bildirib ki, “birbaşa ərizədə nikah” xidməti mümkün qədər təhlükəsizdir və bir neçə yoxlama mərhələsindən keçəcək.
E.ŞİRİNOV