Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Valideyn himayəsindən məhrum olan uşaqlara 18 yaşlarına çatanda 500 min som (təqribən 9500 manat) ödəniləcək.
TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Joqorku Keneşin iclasında deyib.
Onun sözlərinə görə, bununla bağlı QR-sı Prezidentinin sərəncamı hazırlanıb.
“Hazırda ölkədə 1 min 868 kimsəsiz uşaq var. Onlar üçün bu ildən başlayaraq biz banklarda 270 milyon som dəyərində depozit (əmanət) açırıq”, – deyə QR Nazirlər Kabinetinin rəhbəri bildirib.
JASMİN