Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Erməni polisi səhər saatlarında İrəvanın müxtəlif yerlərində “Vətən uğrunda Tavuş” hərəkatının 41 tərəfdarını saxlayıb. Onlar bu hərəkatın lideri arxiyepiskop Baqratın çağırışı ilə səhər saatlarında bir neçə yerdə baş nazir Nikol Paşinyanın istefasını tələb edərək Yerevanın küçələrini bağlamağa başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polisin qanuni tələblərinə tabe olmadıqları üçün 41 vətəndaşın hamısı polis bölmələrinə aparılıb”, – deyə qurumdan bildirilib.