31 Oktyabr 2021 / 10:40

GÜRCÜSTAN MÜXALİFƏTİ TBİLİSİDƏ ETİRAZ AKSİYASI KEÇİRƏCƏK

Gürcüstan müxalifəti bu gün Tbilisidə saat 19:00-da parlament binasının qarşısında mitinq keçirəcək.
Bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya brifinqdə məlumat verib.
O, müxalifət tərəfdarlarını aksiyaya çağırıb: “Ötəngünkü seçkilər tam olaraq saxtalaşdırılıb. Dünən mübarizə bitməyib, əksinə başlayıb. Özünə hörmət edən istənilən Gürcüstan vətəndaşı dünən baş verənlərlə barışmağa hazırlaşmır”.
E.ŞİRİNOV
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!