Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2024 / 11:29

HACIQABULDA NARKOTİK QƏBUL EDƏN SÜRÜCÜ SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü müəyyən ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Elçin Abdullayevin narkotik vasitə qəbul etdiyi də məlum olub.

E.Abdullayev barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Hacıqabulda polis əməkdaşları may ayı ərzində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən ümumilikdə 5 sürücünü müəyyən ediblər.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!