Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Prezident İlham Əliyev “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
TEZADLAR.AZ xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
2.1. 3.1-1-ci bənddə “17.2.5–17.2.9-cu maddələrində nəzərdə tutulmuş təşkilatlar qruplarında” sözləri “17.2-ci maddəsində göstərilən təşkilatlardan (təşkilatlar qruplarından)” sözləri ilə və həmin bənddə “Milli Televiziya və Radio Şurası” sözləri “Azərbaycan Respublikasının Audiovizual Şurası” sözləri ilə əvəz edilsin;
2.2. 3.2-ci bənddə “Milli Televiziya və Radio Şurası” sözləri “Azərbaycan Respublikasının Audiovizual Şurası” sözləri ilə əvəz edilsin.