Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində Ukraynaya məxsus daha üç pilotsuz təyyarəni vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 12:30 radələrində (Bakı vaxtı ilə saat 13:30-da) Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynanın üç pilotsuz uçuş aparatı Belqorod vilayəti ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – Müdafiə Nazirliyi bildirib.
E.ŞİRİNOV