Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2024 / 04:50

ONU BAĞIŞLAMAQ OLARMI: BANK KARTLARINI YAĞMALADI, AMMA…

Bakıda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bank kartlarından oğurluq edən 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elnur Əhmədov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Belə ki, Əhmədovun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub. Davam etdirilən tədbirlərlə E.Əhmədovun bir neçə şəxsə qarşı dələduzluq etdiyi də müəyyən edilib. O kart məlumatlarını bankomatların yanında dayanaraq pul çıxaran şəxsləri kənardan müşahidə etməklə əldə edib. E.Əhmədov ondan kartdakı məbləği nağdlaşdırmaq üçün kömək istəyən şəxslərin şifrələrini əldə edərək onlara qarşı da eyni əməlləri törədib. E.Əhmədovun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

İndi Əhmədovu dələduzluğuna görə layiq olduğu cəza gözləyir…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!