Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2024 / 06:05

NƏZARƏTSİZ QALAN UŞAQ 6-CI MƏRTƏBƏDƏN YIXILDI VƏ…

Çoxmərtəbəli yaşayış binaların valideyn sakinləri uşaqlarını daim diqqətdə saxlamalıdırlar…

Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb. Hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb. 2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsində yıxılaraq “Kia” markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb. Araşdırma aparılır.

Bu da uşağı nəzarətsiz qoymanın nəticəsi… Hansı ki, valideynlər yuxarı mərtəbələrdəki pəncərələrini daim nəzarətdə saxlamalıdırlar. Yaxud, uşağa ciddi nəzarət olmalıdır!

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!