Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2024 / 13:19

TATYANA LAZAREVA DA TERRORÇU VƏ EKSTREMİSTLƏR SİYAHISINA ƏLAVƏ EDİLDİ

“Rosfinmonitorinq” teleaparıcı Tatyana Lazarevanı terrorçular və ekstremistlər siyahısına əlavə edib.

Tezadlar.az bildirir ki, bu barədə idarənin saytında məlumat verilir.

“Tatyana Yuryevna Lazareva, 21 iyul 1966-cı ildə anadan olub, Novosibirsk “, – mesajda deyilir.

Terrorçular və ekstremistlər siyahısına Rusiya İstintaq Komitəsinin terrorla bağlı cinayət işi açdığı siyasətçi Andrey Sidelnikov da (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) daxil edilib.

Daha əvvəl TASS xəbər vermişdi ki, Lazareva RF Silahlı Qüvvələrini nüfuzdan salmaq maddəsi ilə axtarışa verilib. Bundan başqa, mayın 17-də teleaparıcıya qarşı terrora haqq qazandırdığı üçün cinayət işi açılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!