MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün təqribən 16.00 radələrində Bakıdakı hündürmərtəbəli binalardan birində növbəti lift qəzası baş verib.
Belə ki, paytaxtın N. Nərimanov rayonu Ağa Nemətulla 79-da 17 mərtəbəli binanın 2-ci blokunun 6-cı mərtəbəsində lift qırılıb. Liftdə 7 nəfər olub.
Hadisə yerində olan TEZADLAR.AZ-ın əməkdaşının verdiyi məlumata görə, ciddi xəsarət alanlardan ikisinin vəziyyəti daha ağırdır, digərləri isə müxtəlif bədən xəsarətləri alıblar.
Əlavə məlumat veriləcək.
Y.Məmmədli
