Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2024 / 06:52

BU DƏFƏ RƏSM GƏRGİSİ KİTABXANADA TƏŞKİL OLUNDU

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında

inklüziv mühitin yaranması sahəsində maraqlı layihələr həyata keçirir. “Yaradıcı oxucular” layihəsi çərçivəsində kitabxanada mütəmadi olaraq  oxucuların  rəsm və əl işləri sərgiləri nümayiş olunur. Növbəti rəsm sərgisinin müəllifi İlahə İsmayılovadır. Gənc rəssam İlahə İsmayılova Bakı şəhərində anadan olub. 219 nömrəli evdə məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsinə daxil olub. Rəssamlıq Akademiyasında təhsilini uğurla başa vurub. İ.İsmayılova 3 yaşından rəsm çəkməyə başlayıb. Hər janrda rəsm çəkməyi sevir, amma daha çox portreti sevir. İnsanın üz cizgiləri gənc rəssama daha maraqlı gəlir. Sərgidə “Allah sözü”, “Lalələr”, “Güzgüdə əksim” (avtoportret), “Sadə qadın” adlı rəsmlər nümayiş olunur. Sərgi bir ay davam edəcək.

Y.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!