Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2024 / 09:30

XOCALIDA DÖYÜŞ SURSATI AŞKAR EDİLİB

Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmilər müsadirə edilib.

Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!