Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyul 2024 / 09:21

“BİRLƏŞDİK – 2024” BEYNƏLXALQ TƏLİMİNİN HAZIRLIQ MƏRHƏLƏSİ DAVAM EDİR

Qazaxıstan Respublikasının Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində müvafiq tədbirlər görülür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın beynəlxalq təlimdə iştirak edəcək nümayəndələrinin rəhbər heyətinin iclası keçirilib.

İclasda təhlükəsizlik, təşkilati və digər məsələlərlə bağlı təkliflər dinlənilib, ətraflı müzakirələr aparılıb.

Sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar. Ərazi ilə tanışlıq zamanı şəxsi heyət təlimatlandırılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb və təlim haqqında təfsilatlı məlumat verilib.

Daha sonra beynəlxalq təlim çərçivəsində təşkil olunacaq “Бағдар” taktiki səmti müəyyənetmə yarışının püşkatma mərasimi keçirilib.

Hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə keçiriləcək yarışın əsas mərhələsi iyulun 13-də baş tutacaq.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!