Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyul 2024 / 08:57

ŞAURMADAN ZƏHƏRLƏNƏN 15 NƏFƏR XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Moskvanın şimalındakı yataqxanadan ən azı 15 nəfər zəhərlənərək tibb müəssisələrinə aparılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 1-ci hissəsi (istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlər göstərmə) ilə cinayət işi açılıb”, – məlumatda deyir.

İstintaqın məlumatına görə, hadisə iyulun 15-də baş verib. İdarədən qeyd ediblər ki, Dmitrovskoye şossesində yerləşən yataqxanalardan birindən ən azı 15 nəfər zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə aparılıb.

Hazırda müstəntiqlər Rospotrebnadzor əməkdaşları ilə birlikdə yataqxanaya və yaxınlıqdakı fast food məntəqəsinə baxış keçirirlər.

Bundan əvvəl Mari Eldə quşçuluq fermasında işçilərin kütləvi zəhərlənməsinin baş verdiyi bildirilirdi. İlkin məlumata görə, rayonun tibb müəssisələrinə 36 nəfər yerləşdirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!