Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qamunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş İlqar Nəsirov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 20 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Məhkəmənin qərarı ilə İ.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
R.XUDATQIZI