Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2024 / 14:46

QAÇAQMALÇILIQ YOLU İLƏ ÖLKƏYƏ GƏTİRİLƏN NARKOTİK VASİTƏ TUTULDU

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, İmişli rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlər nəticəsində Samit Məmmədov və tanışı Hidayət Rəşidov saxlanılıblar.

H.Rəşidovun idarə etdiyi nəqliyyat vasitəsindən 134 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək və 1000 ədəd metadon həbi aşkarlanıb.

Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaq nəticəsində araşdırılan İran vətəndaşı vasitəsilə İmişli rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər.

Araşdırmalar nəticəsində Samit Məmmədov və Hidayət Rəşidovun qaçaqmalçılıq yolu ilə narkotik vasitələri sərhədyanı bölgələrdən paytaxta tədarükünü təşkil etməsi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!