22 Avqust 2024 / 07:38

PKK-NIN İRAN ƏSİLLİ “NAZE AD” KOD ADLI ÜZVÜ YAXALANDI – İSTANBULDA

  Separatçı terror təşkilatı PKK-nın Finlandiya qolunda məsullarından biri “Naze Ad” kod adlı İran əsilli Mehnaz Omari İstanbulda ələ keçirilib.

  TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəəbər verir ki, terrorçu Omarinin Finlandiyadakı PKK personalı ilə təşkilatın sözdə yüksək rəhbərliyi arasında koordinasiyanı təmin etdiyi, insanların təşkilata gətirilməsi və maliyyə təminatında fəaliyyət göstərdiyi müəyyən edilib.

  Təşkilatın adına Finlandiyada aksiya və tədbirlər təşkil etdiyi öyrənilən PKK-lı Mehnaz Omarinin tutulması ilə təşkilatın Finlandiya qolu ilə bağlı xeyli məlumat öyrənilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!