23 Avqust 2024 / 07:30

DÜNƏN 16,6 KİLOQRAMA YAXIN NARKOTİK VASİTƏ AŞKARLANIB

Avqustun 22-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) Tezadlar.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16,6 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə DİN-in məlumatında bildirilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!