Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı apardığını, Rusiya liderinin Azərbaycana səfəri barədə məlumat verdiyini bildirib.
“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, Rusiya prezidenti ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə Ermənistanın baş nazirinə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib”, – məlumatda deyilir.
Ermənistan Nazirlər Kabineti həmçinin bildirib ki, həmsöhbətlər “Ermənistan və Rusiya arasında ikitərəfli gündəmdəki məsələləri müzakirə etmək üçün” yaxın gələcəkdə görüşməyə razılaşıblar.
E.ŞİRİNOV