10 Sentyabr 2024 / 11:59

YÜK MAŞININDA GİZLƏNİB GÜRCÜSTANA KEÇMƏK İSTƏDİ, AMMA…

Dövlət sərhədini qanunsuz olaraq keçmək istəyən 2 nəfər xarici ölkə vətəndaşı saxlanılıb…

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat yayıb. Bildirilir ki, istintaq zamanı müəyyən olunub ki, 1992 və 1998-ci il təvəllüdlü xarici ölkə vətəndaşları yük maşınında gizlənərək “Sarpi” sərhəd-keçid məntəqəsində pasport nəzarətindən yan keçməyə cəhd ediblər. Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsləri 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!