30 Sentyabr 2024 / 07:19

40 KİLOQRAMADƏK NARKOTİK VASİTƏ AŞKARLANIB

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 28-də və 29-da ümumi çəkisi 39,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində 3,9 kiloqramdan artıq heroin, 31,6 kiloqrama yaxın marixuana, 4,5 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 362 metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə DİN-in məlumatında bildirilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!