30 Sentyabr 2024 / 08:13

BOKSÇULARIMIZDAN POLŞADA 2 MEDAL

Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir başa çatıb.

Tezadlar.az xəbər verir ki, yarışa qatılan Azərbaycan millisinin hər 2 idmançısı çıxışını medalla bitirib.

Boksçularımızdan Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala kimi irəliləyiblər. Həlledici görüşdə rəqib qalib gəldiyindən yığma üzvləri gümüş medala yiyələniblər.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!