Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Müstəntiqlər kiçik bacılarını öldürən 13 yaşlı Tolyatti sakinini psixoloji və psixiatrik müayinəyə göndəriblər.
Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya Rusiya İstintaq Komitəsinin (İK) regional idarəsindən məlumat verilib.
Məktəbli qız psixiatriya xəstəxanasında müayinə olunacaq. Müstəntiqlər cinayətin motivini araşdırır, valideynlər, qonşulardan olan şahidlər, müəllimlər və sinif yoldaşları dindirilir.
Qız müstəntiqlərə 2 və 5 yaşlı bacılarının qətliamında iştirakının olduğunu təsdiqləyib. O, üzünü anasına tutaraq deyib: “Mənəm! Ahahahah!”.
Qeyd edək ki, oktyabrın 8-də axşam saatlarında Tolyatti şəhərinin Liza Çaykina küçəsindəki mənzilin eyvanında bıçaq xəsarətləri olan qızlar tapılıb.
Ana böyük qızını evdə onlara baxmağa qoyub.
E.ŞİRİNOV