25 Oktyabr 2024 / 09:52

AZƏRBAYCAN ORDUSUNDA PAYIZ-QIŞ MÖVSÜMÜNDƏ İSTİSMAR REJİMİNƏ KEÇİDLƏ BAĞLI TƏDBİRLƏR DAVAM ETDİRİLİR – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Tezadlar.az-a verilən xəbərə görə, kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!