Əsas məzmuna keç

AZƏRBAYCANIN SƏRBƏST GÜLƏŞ YIĞMASI DÜNYA ÜÇÜNCÜSÜ OLUB

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-23 dünya çempionatını dörd medalla başa vurublar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Tezadlar.az-a verilən məlumata görə, milli komanda mundialda 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.

Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kiloqram) qızıl, Ruslan Abdullayev (61 kiloqram) və Arseni Djioyev (86 kiloqram) gümüş, Cəbrayıl Qadjiyev (74 kiloqram) isə bürünc medal qazanıblar.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…