Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Avqust 2024 / 11:41

ŞƏHİD AİLƏLƏRİNİN QARABAĞA SƏFƏRİ BAŞ TUTDU

“Qarabağ Əlilərinə Qayğı” İctimai Birliyinin Balakən rayon filialının təşəbbüsü və təşkilatçılığı ilə 21 avqust 2024-cü ildə

bir qrup Şəhid Ailələrinin üzvülərinin düşmənnən azad olunmuş Ağdam, Xankəndi, Şuşa və Laçın şəhərlərinə səfəri baş tutmuşdur. Qəhrəmanlarımızın əmanətlərini yola salan QƏQİB-in Balakən rayon filialının sədri Qazi Sərvan Şibliyev onlara birliyin rəhbəri Qazi Firidun Məmmədovun salamlarını çatdırmış və onlara uğurlar arzulamışdır.

Səfərin təşkilindən məmnunluğunu bildirən Şəhid Ailələri azad olmuş doğma torpaqlarda özlərini xoşbəxt hisss etmişlər. Səfərə rəhbərlik edən tədbirin ideya müəllifi “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Fəxri üzvü Könül Ocaqverdiyeva səfər boyu Şəhid Ailələrini müşaət etmiş, onlara Qarabağın tarixi və bu torpaqlar uğrunda gedən döyüşlər barəsində ətraflı məlumatlar vermişdir. Səfər uğurla başa çatmış və geri dönüş zamanı zəvvarlar Balakən şəhərində təntənəylə qarşılanmışdır. Səfərlə bağlı şəkillər və vidio sujeti diqqətinizə təqdim edirik.

ELBAR

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!