Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabah Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanacaq.
Tezadlar.az MSK-nın saytına istinadla bildirir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib. M.Pənahov bildirib ki, bununla bağlı sabah MSK-nın iclası keçiriləcək.
Xatırladaq ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.