Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Artıq üç həftədir parlament qarşısında keçirilən etiraz aksiyası fonunda Gürcüstan hakimiyyətinə tətbiq edilən sanksiyalar davam etməkdədir…
“Biz gürcü xalqını və onun Avro-Atlantik istəklərini dəstəkləyirik, lakin sanksiyalar da daxil olmaqla əlavə tədbirlər hazırlayırıq” ,- deyən ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel 4-5 həftə ərzində “çox şey ola biləcəyini” vurğulayıb: “4-5 həftə uzun müddətdir, 4-5 həftə ərzində çox şey baş verə bilər. Biz gürcü xalqını və onun Avro-Atlantik istəklərini dəstəkləyirik. Dövlət katibi Entoni Blinken daha əvvəl bəyan etmişdi ki, biz Gürcüstanda demokratiyaya zərbə vuranları məsuliyyətə cəlb etmək üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayırıq”.
Sanksiyaların isə siyahısı durmadan artır.
A.Məmmədli