Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Dəfələrlə vətəndaşlara kart məlumatlarını kimsəyə verməməklə bağlı tövsiyyələr edilir. Amma, zənnimizcə, bu bank işçilərinə edilməlidir ki, əmanətləri xəyanətlərdən qoruyun!
XXX
“Təzadlar”a daxil olan bu şikayəti diqqıtlə oxumağınız məsləhətdir. Şikayətçi A.Əliyev yazır: “Hörmətli redaksiya, son vaxtlar bank kartlarından pul oğurlanması ilə bağlı hallar çoxaldığından bir faktı da mən deyim. Beləki, mənə məxsus olan bank kartından 2 000 AZN pul çəkilmişdi. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5 – ci polis bölməsinə ərizə ilə müraciət etdim. Bölmədə təhqiqatçı tərəfindən ərizəm alındı və tədbir görüləcəkləri bildirildi. Hadisədən 2 həftə keçməsinə baxmayaraq heç bir tədbir görülmədi. O vaxta kimi özüm bir araşdırma aparıb pulun hansı karta köçürüldüyünü və kart sahibinin vatsap nömrəsini müəyyən etdim. Bu barədə işi aparan müstəntiqə məlumat verdim. Hadisədən artıq 2 ildən çox vaxt keçib, 2 müstəntiq dəyişib, ancaq indiyə kimi heç bir istintaq hərəkəti aparılmayıb. Hadisə ilə bağlı şəxsən daxili işlər naziri Vilayət Eyvazova 3 dəfə, Daxili İşlər Nazirliyinin elektron poçtuna 4 dəfə müraciət etmişəm. Bununla bağlı mənə Bakı Şəhər Baş Polis İdarəsindən, Binəqədi Rayon Polis İdarəsindən və rayon prokurorluğundan zənglər və məktublar gəlib ki, fakt araşdırılır. Onu da deyim ki, oğurlanan pulun köçürüldüyü kart xarici ölkə yox, Azərbaycan banklarının birinə məxsusdur. Bank sirri olduğu üçün bankdan bu barədə informasiya verilmir, çünki informasiya ancaq polisə təqdim olunur. İndi di kart da məlum, kart sahibinin vatsap nömrəsi də… Ancaq cinayətkarı axtarıb tapa bilmirlər və yaxud tapmaq istəmirlər… Onu da deyim ki, nömrənin sahibini Getcontact- da axtarışa verəndə bu xanımın şəkli çıxdı. Dedim bəlkə kimsə tanıyar bu xanımı… Gəncədən olmalidir…”.
Redaksiyadan: şikayət tərəfimizdən araşdırılır, əlavə məlumat veriləcək.
