Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tramp Administrasiyasının mövqeyi bir daha ortadadır: Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh razılaşmasına məcbur etməyəcək. Tezadlar.az CNN- ə istinadla xatırladır ki, ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilmiş mətbuat konfransında bildirib.
“Heç kim Volodimir Zelenskini sülh razılaşmasına məcbur etməyəcək”, – o söyləyib.
Kelloq həmçinin qeyd edib ki, bu həftə Kiyevə səfər etmək və Ukrayna lideri ilə görüşmək niyyətindədir.
Xüsusi elçi vurğulayıb ki, Ukrayna ilə bağlı danışıqlarda iştirak etməkdə israr edən Avropa müttəfiqləri ilə danışsa da, “hamını danışıqlar masasına oturtmaq mümkün deyil”.
Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşü keçiriləcək və burada Ukrayna nizamlanması da müzakirə olunacaq. Zelenski isə işğal edilmiş əraziləri güzəştə getməyəcəklərini açıq şəkildə bildirib, Putin isə əksinə, Rusiyanın ələ keçirdiyi bir çox əraziləri geri qaytarmayacağını bəyan edib.
Beləliklə, deyəsən, “iki qoçun başı bir qazanda qaynamayacaq”…
A.Məmmədli