25 Fevral 2025 / 12:16

Ötən gün 20 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də ümumi çəkisi 20 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 16 kiloqrama yaxın marixuana, 2,6 kiloqramdan artıq tiryək, 1 kiloqramdan çox həşiş qətranı, 420 qram heroin, həmçinin 97 ədəd psixotrop tərkibli həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!