Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəli model-aparıcı Çağla Şıkel gənc qalma sirrini izləyiciləri ilə bölüşüb.
Artıq 46 yaşı olan model, yediyi qidalara diqqət etdiyini – gənc qalmağını hər gün keçi südü, zəncəfil, bal və kokos qarışımından hazırlanmış “qızıl süd” içməyə borclu olduğunu bildirib.
Çağla vurğulayıb ki, gənc qalmasının bir digər sirri isə kəllə-paça (xaş) şorbası içməsidir. O, hər axşam bu şorbadan içdiyini qeyd edib.
Həmçinin dərisinin sallanmasının qarşısını almaq üçün düyü suyundan hazırlanmış buzlarından istifadə edir. Bunun üçün yarım stəkan düyünü su ilə yuyur. Daha sonra düyünün üzərinə su əlavə edib 15-30 dəqiqə gözləyir. Düyünü süzüb həmin suyu buz qablarına töküb buzxanaya qoyulur. Həmin buzlarla üz, dəri masaj edilir.
Model gün ərzində bol su içir və meyvə-tərəvəzlə qidalanır. Çağla gün ərzində yüngül makiyajı edərək dərisinin nəfəs almasına da şərait yaradır.
TEZADLAR.AZ xəbər verir ki, Çağla Şıkel 2 yanvar 1979-cu ildə İstanbulda anadan olub. Çağla Şıkel azərbaycanlı ata tərəfdən Qarslı, çərkəz anası tərəfdən adanalıdır. Onun Berna adlı böyük bacısı var. O, 2008-2015-ci illərdə müğənni -aktyor Emre Altuğla ailəli olub. Cütlüyün Kuzey və Uzay adlı iki oğlu var. Çağla Şıkel boyu 1,80 metr, çəkisi 57 kilodur.
Model və aparıcı Çağla Şıkel keçmiş əri Emre Altuğdan boşandıqdan düz 8 il sonra vəkil Nail Gönenliyə qəlbinin qapılarını açmışdı. Ancaq iki dəfə ayrılan və yenidən bir araya gələn Şıkelin bu sevgisi qısamüddətli olub.
Türkiyə KİV-nin məlumatına görə bu günlərdə Çağla Şıkel və yeni sevgilisi Erinç Ulutürk hava limanında görüntülənib
Şikel Moda Həftəsi üçün Londona gedəndə onu yeni sevgilisi müşayiət edib. Sevgililər qayıdarkən İstanbul hava limanında kameraların obyektivinə tuş gəliblər. Şikeldən sevgilisi haqda soruşduqda gülümsəyərək “Sonra görüşəcəksən. Hava soyuqdur, üzrlü sayın, daha münasib vaxtda danışarıq”, – deyə cavab verib.
JASMİN