25 Fevral 2025 / 13:52

Polis Şamaxıda 8 kiloqram narkotik aşkarlayıb

Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a bildirilib ki, əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum olunan 49 yaşlı Nazim Cahangirov saxlanılıb.

Həmin şəxsdə ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. O, narkotik vasitənin satışını planlaşdırdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!