Əsas məzmuna keç

Gürcüstan parlamentiə Xocalı faciəsini soyqırım kimi tanıyacaq…

“Artıq zaman gəlib yetişib ki, Gürcüstan parlamentində Xocalı faciəsinə siyasi qiymət verilsin”. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki,  Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev dünən Tbilisidə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirində səsləndirib. Diplomat qeyd edib ki, artıq bir sıra ölkələr Xocalıda törədilən vəhşiliyi, soyqırım kimi tanıyıb. Səfiri Faiq Quliyev deyib ki, Gürcüstandakı soydaşlarımız və gürcü dostlarımız müvafiq sənəd üzərində işləməlidirlər. Mərasimdə iştirak edən gürcü ekspert Simon Kopadze isə bildirib ki, bu məsələ ilə bağlı artıq işlərə başlanılıb…

Deməli, yaxın gələcəkdə Gürcüstan parlamenti Ermənistan separatçılarının Xocalıda törətdiyi faciəni soyqırım kimi tanıyacaq!

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…