Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Soyuq hava, qar və boranı sevmirəm. Enerjimi günəşdən alıram. İsti ölkələrə səyahət etməyi, gülərüz və mehriban insanları sevirəm”.
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi evlilik təklifi almasından və onun geri çevirməsi səbəbindən danışıb:
“Ailə qurub Kanadaya köçmək imkanım var idi, amma oraların soyuq olması səbəbindən imtina etdim. Payıza rəngləri gözəl olduğu üçün dözə bilirəm, amma qış fəslinə dözümüm yoxdur. Küləkli havanı da sevmirəm. Xoşbəxt olmağım üçün günəş və dəniz kifayətdir”.