2 Mart 2025 / 19:22

Bakıda evdə partlayış- 5 nəfər ağır yaralandı və…

Bu gün sıhər saat 04:25 radələrində Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani 9 ünvanından yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Bu barədə “Təzadlar”ın sorğusuna cavab olaraq TƏBİB-dəb bildirilib. Qeyd edilib ki, dərhal hadisə yerinə briqadalar cəlb olunub. Xəsarət alan 5 nəfər (2-si qadın, 3-ü kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bildirilib ki, 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədən səthinin 80%-inin III-IV dərəcəli termiki alov yanığı şoku, 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədənin III-IV dərəcəli termiki alov yanığı şoku, 1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı, 1978-ci il (qadın cinsli) şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı və 1974-cü il (qadın cinsli) sifətin, hər iki said əllərin, hər iki yuxarı ətrafın və yuxarı tənəffüs yollarının II-III dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.

Hazırda 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 4 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir.

Hadisənin nədən baş verdiyi araşdırılər, lavə məlumat veriləcək.

Xaliq

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!