Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Ramin Şıxəliyev saxlanılıb.
Tezadlar.az xəbər verir ki, adı çəkilən şəxsdən 1 kiloqrama yaxın heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Şıxəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.
Eləcə də, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini tapdığı 1 ədəd avtomat, 1 ədəd daraq və 29 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
R.XUDATQIZI