Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2025 / 11:44

ALKOQOLLU İÇKİLƏRƏ MİNİMUM QİYMƏT QOYULMASI İLƏ BAĞLI QANUN İMZALANDI – PREZİDENTDƏN FƏRMAN

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 16 dekabr 2024-cü il tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb. xəbər verir ki, qanuna əsasən, bundan sonra Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək.

Alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

Bununla bağlı müvafiq İcra Hakimiyyəti orqanları dedikdə Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

Nazirlər Kabineti “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası”nı iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiyməti lazımi normativ hüquqi akt təsdiq edildikdən sonra üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməlidir.

Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı qanuna dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

https://president.az/az/articles/view/68007

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!