Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sverdlovsk vilayətinin Krasnouralsk sakini az qala iki övladını öldürərək intihar edəcəkdi.
Tezadlar.az xəbər verir ki, bu barədə vilayət İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“2025-ci il yanvarın 10-na keçən gecə Krasnouralsk şəhərində iki azyaşlı uşağın anası tərəfindən bıçaqlanması ilə bağlı insident baş verib”, – məlumatda deyilir.
Bundan sonra qadın intihar edib. Şöbədən əlavə ediblər ki, uşaqlar sağ qalıb və artıq xəstəxanaya yerləşdiriliblər. Onlar hazırda həkim nəzarətindədirlər.
Hadisə ilə bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. Hadisənin digər təfərrüatları müəyyənləşdirilir.
E.ŞİRİNOV