3 Aprel 2025 / 15:59

ABŞ mənşəli avtomobillərin həvəskarlarına: Tramp qiyməti 25 faiz qaldırdı!

…Bu da Donald Trampın qərarı: ABŞ-a idxal edilən demək olar ki, bütün mallara minimum 10%, idxal edilən bütün avtomobillərə isə 25% rüsum elan edildi. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib. O deyib ki, bütün mallara minimum 10% tarif tətbiq ediləcək və ABŞ-ın daha böyük ticarət kəsiri olan ölkələrə isə daha yüksək tariflər tətbiq ediləcək. Trampın dediyinə görə, Amerika mallarına ən yüksək rüsum tətbiq edən 60-a yaxın ölkədə (valyuta manipulyasiyası və ticarət maneələri də daxil olmaqla) ABŞ-dan gələn tariflər onların tarifləri ilə müqayisədə təxminən iki dəfə azalacaq. Məsələn, ABŞ prezidentinin sözlərinə görə, Çin Amerika mallarına 67%, ABŞ isə Çinə 34% rüsum tətbiq edəcək.

 Digər elan edilmiş tariflər bunlardır: Avropa İttifaqında – 20%, Vyetnamda – 46%, Tayvanda – 32%, Yaponiyada – 24%, Hindistanda – 26%, Cənubi Koreyada – 25%, Taylandda – 36%, İsveçrədə – 31%, İndoneziyada – 32%, Böyük Britaniyada – 7%, Malayziyada -%1 Afrika – 30%. 10% tarif Gürcüstan, Ermənistan, Azərbaycan, həmçinin Ukrayna və Türkiyəyə də şamil olunacaq. ABŞ prezidenti həmçinin ABŞ-a idxal edilən bütün xarici avtomobillərə 25% rüsum tətbiq etdiyini açıqlayıb.

 Qeyd olunub ki, əsas 10%-lik tariflər aprelin 5-dən qüvvəyə minəcək. Beləliklə, dünya bazarında ABŞ-ın təsir dairəsinə aid edilməklə, idxal və ixrac monipulyasiyalarında qarışıqlığın olacağı qaçılmazdır…

A.Məmmədli 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!