Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aprelin 3-də Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Tezadlar.az xatırladır ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi belə bir məlumat yayıb. Məlum olur ki, 2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qeyd edilib ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Lakin valideynin şagird övladını niyə döymək istəməsinin əsl səbəbi hələki bəlli deyil.
Elçin