4 Aprel 2025 / 18:22

“İrəli” İB MM-in sabiq rəhbəri Ülviyyə Bəbirova Mahnı Teatrına direktor təyin edilib

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.

Tezadlar.az  xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Ü. Bəbirova 2007-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano fakultəsini, 2010-cu ildə isə Bakı Musiqi Akademiyasının magistr pilləsini bitirib.

2014-cü ildə “Müasir Azərbaycan kino musiqisinin milli xüsusiyyətləri (XX əsrin sonu – XXI əsrin əvvəli) mövzusu üzrə müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

O, “İrəli” İctimai Birliyinin və “Azərbaycan Könüllüləri” İctimai Birliyinin Mədəniyyət Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!