Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gecə saatlarında Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, “Aero ekspress” avtobusu evakuatorla toqquşub və qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Bu səbəbdən polis əməkdaşları hadisə yerində olublar və sıxlığın aradan qaldırılması üçün lazımi işlər görülüb. Bununla belə, ağır xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olaraq qalır.
A.Məmmədli