Əsas məzmuna keç

Aeroport yolunda qızaya düşən 3 nəfərin vəziyyəti ağır olaraq qalır

Gecə saatlarında Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir  ki, “Aero ekspress” avtobusu evakuatorla toqquşub və qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Bu səbəbdən polis əməkdaşları hadisə yerində olublar və sıxlığın aradan qaldırılması üçün lazımi işlər görülüb. Bununla belə, ağır xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olaraq qalır.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…