Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Şəmkir Rayon Polis Şöbəsinə “Mercedes” markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücüyə zor tətbiq edərək nəqliyyat vasitəsini və 332.800 manat ekvivalentində xarici valyutanın quldurluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin yaydığı məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 38 yaşlı Israpıl Baljanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov müəyyən olunaraq olunaraq saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.