Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov və Dövlət Dumasının sədr müavini Aleksandr Babakov uşaqlı qadınların gəlir vergisindən azad edilməsi haqqında qanun layihəsi təqdim edəcəklər.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Təşəbbüs birinci övladının doğulması zamanı 30 yaşına çatmamış qadınların, ikinci övladının doğulduğu zaman isə istənilən yaşda olan qadınların gəlirləri müəyyən edilmiş həddən artıq olmadıqda, fərdi gəlir vergisindən azad edilməsini təklif edir. Hər iki parlamentari hesab edir ki, bu tədbir doğum səviyyəsinin artmasına və uşaqlı ailələrin maddi vəziyyətinin yaxşılaşmasına kömək edəcək, Rusiyada ailə yönümlü iqtisadiyyatın formalaşmasına töhfə verəcək.
ELBAR