10 Aprel 2025 / 11:42

Hüquqşünaslar Qutsulun Qaqauziyanın rəhbəri vəzifəsinə qayıtması imkanlarını araşdırır

Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun müdafiəsi onun bölgə rəhbəri kimi öz vəzifəsinə nə vaxt qayıda biləcəyini dəqiqləşdirmək üçün ona qarşı qəbul edilmiş məhkəmə məhdudiyyətlərini öyrənir.

“Qutsulun muxtar bölgənin rəhbəri kimi öz vəzifəsinə nə vaxt qayıda biləcəyini anlamaq üçün qoyulan məhdudiyyətlərə əsaslanaraq biz hələ də məhkəmənin qərarlarını öyrənirik”, – vəkil Natalya Bayram Qutsulun ev dustaqlığına köçürülməsini şərh edərkən deyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!